Bazar Araşdırması

Fesco Group tərəfindən təklif edilən bazar araşdırması xidmətləri təcrübə və qabaqcıl metodlar vasitəsilə həyata keçirilir. Bizim məsləhətçilərimiz iş adamları və rəhbər şəxslər üçün bir çox məsələlərə, o cümlədən struktur dəyişikliyi, liderliyin inkişaf etdirilməsi strategiyası və səriştənin müəyyən edilməsi üçün müsahibələrin aparılması kimi  məsələlərə dair fərdi tövsiyyələr verirlər. Sizin ehtiyaclarınız dedikdə, biz başa düşürük ki, Şirkətin fəaliyyət praktikasının (o cümlədən aşağıdakıların, ancaq bunlarla məhdudlanmadan) nəzərdən keçirilməsi tələb olunur:

•Daxili təşkilati struktur

•Xidmət keyfiyyəti

•Məhsulun təqdim edilməsi və tövsiyyə olunması bacarıqları

•Merçandayzinq (malların təşviqi) standartlarına əməl edilməsi

•Rəqabət səviyyəsi

•İşçi heyətin təlimi və motivasiya olunması  

•Müştəri sadiqliyi

Biz müxtəlif məlumat toplama vasitələrinin  (Anonim Müştəri) köməyilə audit keçirmək istəyirik.

Ümumilikdə, bizim nəticələrin bölgüsü aşağıdakı kimi olacaq:

•Audit və yoxlamalar: vaxtın 60%-i

•Toplanılmış məlumatların analizi və tövsiyyələrin birləşdirilməsi: vaxtın 40%-i.

Şirkətin xidmətlərinin analizi tamamlandıqda biz ayrıca toplantıda öz nəticə və tövsiyyələrimizi təqdim edəcəyik. Anonim Müştəri metodunda özünü alıcı kimi qələmə verən ekspertlər xidmət keyfiyyətini dəyərləndirirlər. Dəyərləndirmə əvvəlcədən müəyyən edilmiş meyarlara əsasən, Alıcının necə hərəkət edəcəyinin təsvir olunduğu geniş ssenariyə uyğun şəkildə həyata keçirilir.

Anonim müştərilər tərəfindən toplanılan informasiyanı bizim müştərilər bir neçə formada istifadə edirlər:

•Müxtəlif rəhbər işçi səviyyələri üçün bonusların müəyyən olunması.

•Mağazanın işçiləri üçün bonusların və ya artımların müəyyən edilməsı.

•Müştəri məmnuniyyətinin artırılması üçün təlimlərin tələb olunduğu sahələri müəyyən etmək.

•Günün müxtəlif vaxtlarında işçi sayına dair tələblərin müəyyən edilməsi.

•Kassir bacarıqlarının və dəqiqliyinin, o cümlədən geri qaytarmaların müəyyən edilməsi.

•Xidməti oğurluq məsələlərinin müəyyən edilməsi.

•Mağazada merçandayzinq standartlarına əməl edilib-edilməməsinin müəyyən olunması.

•Mağazada təmizlik standartlarına əməl edilib-edilməməsinin müəyyən olunması.

•Telefon etiketi standartlarına əməl edilib-edilməməsinin müəyyən olunması.

•Müştəri məmnuniyyətinin təmin edilməsi üçün işçilərin bütün səylərdən istifadə edib-etməmələrinin müəyyən olunması.