İşçilərin yığılması və seçilməsi

Bir  qayda olaraq, müştəri tərəfindən FESCO Group şirkətinə təqdim edilən ilk sorğu müəssisə daxilində konkret bir vəzifəyə uyğun namizədlərin müəyyən edilməsi ilə əlaqədar olur. Bu sorğulara cavab olaraq, FESCO Group müştərilərin istəklərinə uyğun namizəd bazası yaratmışdır. Bu məlumat bazasındakı namizədlərin sayı 15,000-dən artıqdır ki, bunların da əsas hissəsini FESCO Group komandası birbaşa tanıyır. Bu rəqəm günbəgün artır. Korporativ məlumat bazası xaricində, FESCO Group həmçinin beynəxalq miqyasda tətbiq edilən üçüncü tərəf personal məlumat bazası xidmətindən də istifadə edir. Yerli və beynəlxalq  miqyasda yeni namizədlər mövcud və gələcək tələbatın ödənilməsi üçün yoxlanılırlar. Bütün yeni namizədlər bizim komanda tərəfindən müsahibə olunmazdan əvvəl sınaqdan keçmiş müxtəlif vasitələrdən istifadə edilməklə, diqqətlə araşdırılırlar. Ancaq bizim sərt standartlarımıza cavab verən namizədlər məlumat bazamıza əlavə olunurlar. Bu proses sayəsində FESCO Group müştəri sorğularına keyfiyyətli namizədlərlə üç-beş gün müddətində cavab verə bilir. Bu xidmət həm müştəri, həm də namizəd üçün yüksək dərəcədə məxfiliyi təmin edir.