İR üzrə məsləhət

Məsləhət xidmətinin əsas məqsədi müştərinin biznes məqsədləri üçün insan kapitalına sərmayə qoyulan resursların lazımi səviyyədə olmasını təmin etmək üçün müştərinin siyasətini təkmilləşdirməklə, onun biznesinin inkişafına yardım etməkdir. Fesco məsləhət xidmətləri xarici tərəfdaşların təcrübəsindən və qabaqcıl metodlarından istifadə edilməklə həyata keçirilir. 2010-cu ildən bəri bizim müştəri bazamız əhəmiyyətli dərəcədə genişlənmişdir və telekommunikasiya, tikinti, pərakəndə satış, maliyyə, eləcə də, neft və qaz sektorunun geniş profili kimi bir çox sahələrdən olan müəssisələri əhatə edir. Müəssisənin təşkil olunma forması İR əməliyyatlarının müasirləşdirilməsi üçün həmin müəssisənin bir çox insan kapitalı vəsaitlərini tətbiq etmək bacarığında kritik rol oynayır. Təşkilati struktur və model iş analizlərinin, iş dəyərləndirmələrinin, karyera yolunun və mükafatlandırma strategiyasının müəyyən olunmasına təkan verir. Biz mövcud təşkilati strukturu analiz edirik və müəssisə daxilində bütün vəzifələrə dair zəruri məlumatları toplayırıq. Xüsusən də, biz subordinasiyalı münasibətlər istəyirik və strukturu yüksək səviyyədə analiz edirik. Analizlərin nəticəsi kimi, ehtiyac olan zaman biz strukturun təşkil olunmasına dair yüksək səviyyədə məsləhət veririk və tövsiyyə etdiyimiz təşkilati strukturun faydalarını izah edirik. Biz sizin ehtiyaclarınızı belə başa düşürük: şirkətə öz insan resursları praktikasını tətbiq etmək, təlimatlandırmaq və nəzərdən keçirmək üçün layihə komandası lazımdır. Bu, aşağıdakıları (ancaq bununla məhdudlanmadan) əhatə edir:

1. Kompensasiya və Güzəştlərin Strukturu və Metodları,Təsnifat sistemi  

2.İşçilərin inkişafının idarə olunması: Resursların təmin edilməsi, yeni işçilərin adaptasiyası, Təlim, işçilərin əldə saxlanılması

3.Şirkətin siyasət və prosedurları 

4.İR funksiyalarının hüquqi uyğunluğu