Headhunting&Xüsusi namizəd axtarışı

Vakansiyalar üçün namizəd axtarışı idarəetmə üzrə konsaltinq sahələrindən biridir və iyerarxiyalı miqyasda yüksək ixtisaslı menecerlərin (rəhbrlərin) eksklüziv axtarışı üçün tətbiq edilir. Bu gün Azərbaycanda Şirkət-Müştəri münasibətlərində bu xidmət əsasən konkret bir ixtisas üzrə mütəxəssisin, peşəkar rəhbər şəxsin və ya orta səviyyəli rəhbərin  cəlb edilməsi üçün istifadə olunur. Sizin yeni bir iş, yeni karyera və ya yüksək ixtisaslı işçi axtarmanıza baxmayaraq, FESCO Group peşəkar xidmətlər təklif etməyə hazırdır. Bizim məqsədimiz müştərilər üçün uyğun və yüksək ixtisaslı namizədlər, namizədlər üçün isə, müvafiq vəzifələr tapmaqla, həm müştərilərin, həm də namizədlərin ehtiyaclarını ödəməkdən ibarətdir. Bu xidmət kiçik və orta bizneslər üçün yüksək ixtisaslı menecer və icraçıları, eləcə də, böyük şirkətlər üçün mütəxəssisləri təmin etmək məqsədi güdür. İşçi heyətin təşkil olunmasına dair müəyyən edilmiş məqsədlərə nail olmaq üçün, FESCO Group güclü resurslardan, o cümlədən geniş namizəd bazasından və işçi seçimi metodlarından istifadə edir.