Outsourcing&Outstaffing

Məlum olduğu kimi, autsorsinq müəyyən biznes prosedurlarının bir şirkət tərəfindən müvafiq sahədə ixtisaslaşmış başqa bir şirkətə ötürülməsidir. Fesco şirkət-müştəri tərəfindən personal siyasətində işçi seçimindən və sənədləşdirmədən insan resurslarının idarə olunmasına qədər müəyyən edilmiş bütün prosedurların həyata keçirilməsini öz üzərinə götürür. Kənar resursların cəlb edilməsi  imkan verir ki, şirkət-müştəri xərcləri azalda bilsin, eləcə də, informasiya sistemlərinin və cihazlarının istifadəsi ilə əlaqədar əməyin intensivliyini və məsrəfləri aşağı salsın və diqqətini ikinci dərəcəli məsələrə yayındırmadan, şirkətin əsas biznes prosesinə yönəltsin. Nəticədə, bir qayda olaraq, bu xidmətin illik xərcləri eyni funksiyaların yerinə yetirilməsi üçün şirkətə lazım olan işlərin əmək haqqından az olur. Fesco şirkəti həmçinin müştərilərə resursların köçürülməsi (autstafinq) xidmətini təklif edir. Bu halda işçi öz vəzifəsində qalır və əvvəlki funksiyalarını icra edir. Bu, faktiki icarə xərclərini kifayət qədər azalda, eləcə də, şirkəti işçilərə görə cavabdehlikdən azad edə bilər. Bu isə, şirkət üçün əlavə inzibati imkanlar yaradır.